Sabirabad sakini intihar etdi

Sabirabadda çilingər özünü asaraq intihar edib.

APA-nın məlumatına görə, hadisə Sabirabad şəhərində Şamaxı qəbiristanlığı adlanan ərazinin yaxınlığındakı avtomobil təmiri sexində baş verib. 

Həmin sexdə çilingər işləyən Sabirabad sakini, 1994-cü il təvəllüdlü Nizami Mübariz oğlu İbrahimov sexdə asılmış vəziyyətdə aşkar edilib. 

Meyit müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

0.14093399047852