Azərbaycan qeyri-neft ixracını 11 faiz artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,7 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3% artaraq 3,05 milyard ABŞ dolları təşkil edib.

0.11548805236816