Gədəbəydə avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Gədəbəy şəhər ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, VAZ markalı avtomobilin maneə çırpılması nəticəsində Gədəbəy rayon sakinləri, 2007-ci il təvəllüdlü A.Həsənov, 2008-ci il təvəllüdlü E.Qarayev və 2002-ci il təvəllüdlü Q.Qədirov xəsarət alıblar.

Onlardan A.Həsənovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı avtomobildə beş nəfər olub.

0.078874111175537