İsrail artilleriyası Livanın sərhəd bölgələrinə zərbələr endirib

İsrail ordusunun artilleriyası “Hizbullah” partiyasının silahlı qanadının döyüşçülərinin hücumlarına cavab olaraq Livanın sərhəd rayonlarını atəşə tutub.

Məlumata görə, Ayn-əl-Əzraq bölgəsində yerləşən kəndlərə toplardan azı 30 mərmi atılıb. Teyr-Hərfa, Cibbin, Almat-əş-Şaab, Umm-ət-Tut, Şeyxin və Əd-Duheyra kəndlərinə atəş açılıb.

Mülki şəxslər arasında itki yoxdur.

Mənbə: TASS

0.082312107086182