Daha 40 nəfər Laçına qayıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

hakimiyyet.az xəbər verir ki, noyabrın 14-də növbəti köç karvanı Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülür.

Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 315 ailənin - 1 205 nəfərin köçü təmin edilib.

Aytac Qasımova

0.094523191452026