Kəlbəcər sakini evində asılı vəziyyətdə tapılıb

Yevlaxda 49 yaşlı kişinin meyiti evində tapılıb.

APA xəbər verir ki, Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Nəsimi Xəlilovun meyiti məskunlaşdığı Kövər kəndində yerləşən evinin həyətində asılmış vəziyyətdə aşkar edilib.

Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

0.19981503486633