Qanunsuz ov edən şəxslərdən qadağan olunmuş ov alətləri götürülüb

“Zəvvar” və “Mahmudçala” ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı “Zəvvar” və “Mahmudçala” ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

0.086734056472778