Vüqar Bəybalayevin yeni iş yeri bəlli oldu

“İrəvan”ın sabiq kapitanı Vüqar Bəybalayevin yeni iş yeri bəlli olub.

O, “Football-plus.az”a açıqlamasında “Səbail”də seleksiyaçı menecer olaraq fəalliyyat göstərəcəyini açıqlayıb:

“Karyeramı bitirdikdən sonra “Səbail” rəhbərliyi mənimlə əlaqə qurdu. Sağ olsunlar klubda işləməyə dəvət etdilər. Artıq karyeramda yeni səhifə açmağın vaxtı idi. Əlimdən gələni edəcəyəm ki, mənə göstərilən etimadı doğruldum”.

V.Bəybalayev “İrəvan”dan necə ayrılması barədə də danışdı:

“Mən onlardan tələb edirdim ki, futbolçuların hamısının borcu ödənməlidir. Asim Əlizadə yaxşı şəraitdə əməliyyat olunmalıdır. Bundan əlavə, oyunçular geyim dəsti ilə təmin olunmalıdır. Bunların heç biri normal şəkildə yerinə yetirilmədi. Mən də sözümdən dönmədim. Komandaya qayıtmadım. Heç bir məvacib tələb etmədən müqaviləmə xitam verdim. Bütün sənədlərimi götürərək komandadan ayrıldım. Əslində “İrəvan” borclarımın müəyyən faizini ödəməyə hazır idi. Lakin Asim Əlizadə və geyim dəsti ilə bağlı istəyim təmin olunmadı. Mən də istəklərim ya tam olmalıdı, ya da gedirəm dedim. Bundan sonra klubla yollarımı ayırdım. Sənədlərimi aldım və pul istəmədən onlarla sağollaşdım”.

0.090489149093628