Abşeronda kişi qonşusunu bıçaqlayıb

Qonşular arasında dava zamanı onlardan biri bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Səlim Əliyev qonşusuna məxsus həyətdə dava edərkən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.078582048416138