Təcili olaraq sümük iliyi transplantasiyası üçün məbləğin yarısı yığılmalıdır - YARDIM ÇAĞIRIŞI - FOTO

“Doqquz yaşlı Ülvi İsmayılov 2020-ci ildən kəskin limfoblast leykozdan (qan xərçəngi) əziyyət çəkir. İntensiv kimyaterapiyadan keçdikdən və çoxdan gözlənilən remissiyaya nail olduqdan sonra düşünürdük ki, artıq uşağın tam sağalmasına bir addım qalıb. Lakin son analiz nəticələri xəstəliyin residiv verdiyini göstərdi. Xəstəliyin bütün əlamətlərinin qayıtmağı ilə yanaşı, həm də neyroleykoz - beyin və onurğa beyninə leykemiya hüceyrələrinin metastazları inkişaf etdi”.

Bu barədə Media.Az-ın redaksiyasına nəvəsi xərçəng xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini Vəfa Cəfərova müraciət edib.

İndi uşağa xərçəngə qalib gəlməyə kömək edəcək yeganə çarə Türkiyədə həyata keçiriləcək sümük iliyi transplantasiyasıdır. Xoşbəxtlikdən əməliyyatın dəyərinin yarısı “Nargis” xeyriyyə fondu tərəfindən ödəniləcək. İndi tənha ana və nənənin qarşısında Ülvi üçün həyati məbləğin ikinci yarısını - 35 min manatı yığmaq məqsədi durur.

“Ülvi indi növbəti ağır kimyaterapiya kursundan keçir, sonra isə onu şüa terapiyası gözləyir. Bütün bunlar sümük iliyi transplantasiyasına qədər hazırlıq mərhələsidir. Təxminən bir aydan sonra Türkiyəyə səfər etməliyik, amma buna pulumuz yoxdur.

Ülvi ailənin tək övladı olduğuna görə donor da Türkiyədə axtarılmalı olacaq ki, bu da əlavə xərc deməkdir. Həmçinin Türkiyəyə səfər və bir neçə aylıq yaşayış üçün ən azı beş min manat lazım olacaq. Bunu etməyə maddi imkanımız çatmır. Qonşularımız və Ülvinin sinif yoldaşlarının valideynləri bizə kömək edirlər, lakin hələlik bu kifayət etmir.

Keçən il nəvəmin müalicəsində yaxından iştirak etdiyim və onunla birlikdə xəstəxanada yatdığım üçün onu himayəyə götürdüm. Qızım kafedə işləyir və çox gərgin iş qrafiki var. Onun maaşının hamısı tək övladının müalicəsinə xərclənir, amma yenə də çatmır. Hazırda pensiyam və uşaq müavinəti hesabına yaşayırıq. Mənzilimizi satmaq məcburiyyətində qaldığımız üçün kirayə ev tutmaq məcburiyyətindəyik, bu isə vəziyyəti daha da ağırlaşdırır. Bunlar isə əlavə xərclərdir. Sadəcə olaraq Ülvinin atası uşaq üçün minimum məbləğdə aliment ödəyir. Uşaqla, ümumiyyətlə, ünsiyyət etmir, onun vəziyyəti ilə maraqlanmır, demək olar ki, ondan imtina edib.

Xahiş edirəm, mənə kömək olun. Çox az vaxt qalıb, o, ailəmizin yeganə övladıdır. Biz onun üçün çox narahatıq və onu itirməkdən qorxuruq”, - deyə nənə yardım istəyir.

Biz hər kəsi balaca Ülvinin probleminə mərhəmət hissi ilə yanaşmağa və bacardıqca kömək etməyə çağırırıq.

Vəfa xanımla (077) 571-42-22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

0.081868886947632