Nərminin dəstəyə ehtiyacı var: “Müalicələrini etdirmək üçün borc almağa yer qalmayıb” - FOTO

Beş yaşlı Nərminin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun atası Cavid Babayev məlumat yayıb.

O bildirib ki, övladı artıq 3 ildir beta-talasemiya xəstəliyindən əziyyət çəkir.

“Nərminin beş yaşı var, artıq üç ildir ki, beta-talasemiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz ilk günlərdən müalicəsini etdirsək də, demək olar müsbət heç bir irəliləyiş qeydə alınmır. Müalicələr onun vəziyyətinin daha da pisləşməyinin qarşısını alır. Hazırda donor axtarışındayıq, tapılarsa artıq ilik köçürülmə əməliyyatı olunmalıdır. Amma donor tapılana qədər də müalicələri davam etdirməliyik. Bunun üçün isə bizim dəstəyə ehtiyacımız var. İllərdir borc-xərclə müalicələrini etdiririk, amma hazırda bunu çatdıra bilmirik. Özüm fəhlə işləyirəm, günlük 10-15 manat ancaq qazanıram. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 310-14-29.

0.10276913642883