Doqquz heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri və Masallı, Qax rayonlarında fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid fəaliyyətdən çəkinməyə çağırır.

0.064316034317017