Bakı-Qazax magistralında avtomobillər toqquşub, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə nəticəsində xəsarət alan, 1969-cu il təvəllüdlü B.Hüseynov və 1981-ci il təvəllüdlü Y.Namazov xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin birinin yük yerində olan kartof yola dağılıb.

Faktla bağlı araşdırma aparılır.

0.078741073608398