Tovuzda Ailə Sağlamlıq Mərkəzinin binası bərbad vəziyyətdədir - VİDEO

Tovuz rayonunun Qovlar şəhərinin sakinləri Ailə Sağlamlıq Mərkəzinin binasının bərbad vəziyyətdə olmasından şikayətçidir.

Sakinlərin sözlərinə görə, xəstəxananın içərisi çöldən soyuqdur.

Binanın ikinci mərtəbəsi də təhlükəli vəziyyətdə olduğundan illərdir istifadə olunmur.

Şikayətçilər bildiriblər ki, sözügedən xəstəxananın cəmi bir ədəd təcili tibbi yardım avtomobili var.

Divarları, qapı-pəncərəsi və döşəməsinin uçulub-dağıldığı xəstəxana binasının əsaslı təmir-bərpaya ehtiyacı var.

Ətraflı “ATV Xəbər”in süjetində:

0.078671932220459