Nadir xəstəlikdən əziyyət çəkən doqquz aylıq körpənin sağalma ehtimalı var: Dərdinə birlikdə çarə olaq - FOTO

SMA (spinal muskular atrofiya) xəstəliyindən əziyyət çəkən doqquz aylıq körpə Fateh Şəhriyar oğlu Cəhrəminin köməyə ehtiyacı var.

Fatehin valideynləri hakimiyyet.az-a müraciət edərək xəstəliyin get-gedə irəlilədiyini və övladlarının sağalması üçün iynənin maksimum tez bir zamanda vurulmasının vacibliyini qeyd ediblər:

“Uşaq doqquz aylıq olmasına baxmayaraq, ayaqlarının işləməməsi və otura bilməməsi bizi şübhələndirirdi. Daha sonra həkimə müraciət etdik və övladımızın SMA olduğunu bildik. Fateh hər gün hərəkətlərini hissə-hissə itirir. Həkimlər lazım olan iynəni tez vursaq, bədənində hələ aktiv qalan neyronların qoruna biləcəyini və övladımın fizioterapiyalar ilə yenidən normal hərəkət edə biləcəyini bildiriblər. Sözügedən iynənin vurulması üçün 3 milyon 672 min manata ehtiyacımız var. Hazırda başlatdığımız kampaniyalar sayəsində məbləğin yarısı yığılıb”.

Məbləğin kifayət qədər yüksək olması və sözügedən müalicənin körpə Fatehi sağaltmaq ehtimalını nəzərə alaraq, hər kəsi ona dəstək olmağa səsləyirik.

Fatehin anası Aygünlə əlaqə saxlamaq istəyən şəxslər (050) 246-87-51 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Yardım üçün kart nömrəsi: 4169 7388 9040 6238.

0.088488101959229