Edqars Skuya: “Latviya Azərbaycanı yüksək texnologiya avadanlıqları ilə təmin etmək imkanına malikdir”

“Latviya Azərbaycanı yüksək texnologiya avadanlıqları ilə təmin etmək imkanına malikdir”.

Bunu AZƏRTAC-a müsahibəsində Latviya Respublikasının ölkəmizdəki səfiri Edqars Skuya bildirib.

O qeyd edib ki, Azərbaycan ilə Latviya arasında iqtisadiyyat və biznes sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri böyükdür.

“Qarşılıqlı idxalı, sərmayə yatırılmasını genişləndirməyə ehtiyac var. Düşünürəm ki, Latviya Azərbaycanı yüksək texnologiya avadanlıqları ilə təmin etmək imkanına malikdir. Məsələn, bizim yaşıl enerji, informasiya texnologiyaları, kompüter sahələrində böyük təcrübəmiz var. Bu istiqamətdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi yaxşı olardı”, - deyə diplomat vurğulayıb.

0.10955405235291