Azərbaycan millisinin sabiq futbolçusu “Neftçi”nin heyətində vida matçına çıxıb - VİDEO

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb.

Bu, “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə baş tutub.

Bakı klubunun yetirməsi olan 36 yaşlı müdafiəçi “Neftçi Arena”dakı qarşılaşmadan əvvəl təltif edilib. Ona mükafatı “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərov təqdim edib.

R.Abışov 15 nömrə altında və kapitan sarğısında meydançaya start heyətində çıxıb. O, 2 dəqiqə meydanda olduqdan sonra Azər Salahovla əvəzlənib. Azarkeşlər kapitanı alqışlarla yola salıblar.

Qeyd edək ki, karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının formasını geyinmiş Ruslan Abışov bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlayıb.

2.5066947937012