Azərbaycan millisi Belçikada məşqə çıxıb - FOTO

Azərbaycan millisi səfərdə Belçikaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl son məşqinə çıxıb.

Hazırlıq “Stade Edmond Machtens” stadionunda baş tutub.

Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

0.14434313774109