Türkiyədə bir dəqiqə ərzində qarət – ANBAAN VİDEO

İstanbulun Bakırköy rayonunda dörd kişinin təxminən bir dəqiqə çəkən oğurluq əməliyyatı nəticəsində zərgərlik satılan mağazadan dəyəri 7 milyon(245 min dollar) türk lirəsi olan qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə anbaan dükanın təhlükəsizlik kameralarına düşüb.

Soyğunçular oğurladıqlarını özləri ilə gətirdikləri çantaya yığıb, daha sonra birlikdə gəldikləri motosikletlərə minərək gözdən itiblər.

Hazırda polis cinayəti törədən şəxsləri axtarır.

Mənbə: İHA

0.089558124542236