Azərbaycan Kuboku: “Kəpəz”, “Araz-Naxçıvan” və MOİK-in rəqibləri bilinib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha üç oyunu keçirilib.

“Report”un məlumatına görə, “Cəbrayıl” “Ağdaş”ı (2:0), “Kür-Araz” “Sheki City”ni (2:1), “Baku Sportinq” isə “Kürmük Qax”ı (6:0) məğlub edib.

Beləliklə, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Həmin raundda “Cəbrayıl” səfərdə MOİK-lə, “Kür-Araz” evdə “Araz-Naxçıvan”la qarşılaşacaq, “Baku Sportinq” isə “Kəpəz”in qonağı olacaq.

II raundun görüşləri 28-30 noyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinə noyabrın 20-də keçiriləcək “Şəfa” - “Şəmkir” oyunu ilə yekun vurulacaq.

0.08212685585022