AVRO-2024: Belçika Azərbaycan millisi ilə oyunda üçüncü qolu vurub - CANLI YAYIM + YENİLƏNİR

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda daha iki qol vurulub.

hakimiyyet.az-ın məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 26 və 30-cu dəqiqədə fərqlənməklə het-trikini rəsmiləşdirib.

Hazırda “qırmızı-şeytanlar” 3:0 hesabı ilə öndədirlər.

Canlı yayımı bu linkdən izləyə bilərsiniz.

21:31

Azərbaycan millisi Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda azlıqda qalıb.

hakimiyyet.az-ın məlumatına görə, yığmamızın heyətində Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

21:26

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ilk qol vurulub.

hakimiyyet.az-ın məlumatına görə, meydan sahibləri 17-ci dəqiqədə hesabı açıblar.

Belçika yığmasının heyətində Romelu Lukaku fərqlənib.

21:00

Brüsseldə Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin oyunu start götürüb.

hakimiyyet.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Qeyd dək ki, matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edir.

20:03

AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Belçika və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

hakimiyyet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k)

Baş məşqçi: Domeniko Tedesko

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Brüsseldə gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hazırda Belçika yığması 17 xalla F qrupunda ikinci pillədə qərarlaşıb. Azərbaycan yığması isə hesabında yeddi xalla dördüncüdür.

0.077930927276611