Canni De Byazi: “Uşaqlar bundan artığını edə bilməzdilər”

“Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Belçikaya 0:5 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur matçından sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis qarşılaşmanın çox ağır alındığını vurğulayıb:

“Güclü rəqibə qarşı mübarizə apardıq. Qrupda yalnız bir heç-heçələri var idi. O da məlum səbəblərə görə, yarımçıq dayandırılmış görüşdür. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq”.

0.10491609573364