İndoneziyada qatarın mikroavtobusla toqquşması nəticəsində 11 nəfər ölüb - FOTO

İndoneziyanın Şərqi Yava əyalətində qatarın mikroavtobusla toqquşması nəticəsində azı 11 nəfər ölüb.

Bu barədə hadisə yerində işləyən xilasedicilər məlumat verib.

Qeyd olunub ki, qəza yerli vaxtla saat 19:53-də (Bakı vaxtı ilə 17:53 - red.) mikroavtobus nizamlanmayan dəmir yolu keçidində relsləri keçərkən baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, daha üç nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: TASS

0.078847885131836