Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edəcək

Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edəcək.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasının gündəliyinə daxil olunub.

Toplantının gündəliyindəki məsələlərin sayı bununla da 21-ə çatıb.

Xatırladaq ki, noyabrın 16-da ABŞ Senatı ermənilərin müdafiə aktını .

Məlumata görə, senatorlar ABŞ prezidentinə Azadlığa Dəstək Aktına Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişdən yan keçməyə imkan verməyən C.3000 sənədinə səs veriblər.

Layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və Ağ Evin rəhbəri tərəfindən imzalansa, ABŞ Prezidenti 907-ci düzəlişdən yan keçə bilməyəcək. Nəticə etibarilə o, 2024-2025-ci illərin büdcə ayırmalarından Azərbaycana yardım üçün maliyyə ala bilməyəcək.

Qeyd edək ki, 907 saylı düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağandır. Bu düzəliş Konqresin 2001-ci ildə verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti tərəfindən dayandırılır.

0.095889091491699