Konqoda hərbi personal seçimi zamanı izdiham: 37 nəfər həyatını itirdi

Konqo Respublikasının paytaxtı Brazavildə yerləşən Mişel-Ornano stadionunda hərbi personal seçimi zamanı izdiham baş verib.

Nəticədə ən azı 37 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Milli mətbuatda yer alan xəbərə görə, hərbi personal seçimi üçün stadionunun qarşısına toplanan gənclər stadiona daxil olarkən izdiham yaşanıb.

Yaralılara Brazavil Universitetinin xəstəxanasında tibbi yardım göstərilib.

Qeyd edək ki, daha əvvəl Konqo ordusu müxtəlif bölmələrdə xidmət etmək üçün 1500 hərbçi qəbul edəcəyi ilə bağlı açıqlama vermişdi.

Mənbə: Haber Global  

0.29526591300964