İsrail: HƏMAS-ın qazdığı tunellərə çıxışı olan 400 şaxta məhv edilib

İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin HƏMAS radikal hərəkatının yeraltı tunellər şəbəkəsinin bir hissəsi olan 400-ə yaxın şaxtanı məhv edib.

Bu barədə məlumat SAXAL-ın “Telegram” kanalında dərc edilib.

“Bu günə qədər İsrail hərbçiləri yaraqlıların yeraltı tunellər şəbəkəsinin bir hissəsi olan 400-ə yaxın şaxtanı aşkar edərək məhv ediblər. Bu işdə İsrail Ordusunun “Yahalom” mühəndis bölməsinin böyük rolu olub.

HƏMAS tunellər şəbəkəsini birbaşa Qəzza zolağının bütün yaşayış məntəqələrinin altına yerləşdirib. Tunellərə giriş kimi xidmət edən şaxtaların çoxu xəstəxanaların, məktəblərin və mülki evlərin altında yerləşir”, - deyə SAXAL qeyd edib.

0.087173938751221