Bakıda Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi üzrə iclas keçirilib - FOTO

Avropa İttifaqı-Azərbaycan Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib.

Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko özünün “X” hesabında bildirib.

Aİ səfiri qeyd edib ki, Aİ və Azərbaycan arasında Viza Sadələşdirmə Sazişinin imzalanmasından 10 il keçir.

“Səyahətlərin sayı artıq pandemiyadan əvvəlki səviyyəni üstələyir!” - deyə səfir qeyd edib.

0.087419033050537