Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ məlum olmayan 40-50 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

0.087622880935669