Şəkidə avtomobil dərəyə aşdı: Xəsarət alan var - YENİLƏNİB + FOTO

Şəki-Qax yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində avtomobil dərəyə aşıb.

AZƏRTAC xəbər verir ki, hadisə axşam saat 22:30 radələrində qeydə alınıb.

Belə ki, rayonun Aşağı Göynük kənd sakini Əfqan Mahmudovun idarə etdiyi “Ford” markalı minik avtomobili hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yolun kənarındakı dərəyə aşıb.

Sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldığından hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Əfqan Mahmudova ilkin tibbi yardım göstəriləndən sonra o, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onun müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürət həddinin yüksək olması olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş vermiş qəza ilə bağlı araşdırma başlanılıb.

01.12.2023, 23:48

Şəkidə avtomobil aşıb, sürücü xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonun İnçə kəndi ərazisində baş verib.

Belə ki, Əfqan Mahmudov idarə etdiyi VAZ-21099 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

0.082436084747314