Dəm qazından zəhərlənən 17 yaşlı gənc reanimasiya şöbəsinə yerləşdirilib

Ağsu rayonunda 17 yaşlı gənc dəm qazından zəhərlənib.

“Unikal” xəbər verir ki, hadisə rayonun Natəvan küçəsində baş verib. Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Ceyhun Ədil oğlu Yahyayev evin vanna otağında dəm qazından zəhərlənib.

C.Yahyayev dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

0.17839288711548