Mütəxəssislər hansı yeni il bəzəyinin “Wi-Fi”a mane olduğunu açıqlayıblar

Yeni il dekorasiyası, əlbəttə ki, gözəldir, lakin evi bəzəməkdə həddi aşmamaq lazımdır. İnternet ekspertləri Milad ağacı işıqlarının “Wi-Fi”ın sürətinə təsirindən danışıblar.

Mütəxəssislər deyirlər ki, yanıb-sönən bəzəkli işıqlar “Wi-Fi”ın sürətini aşağı sala bilər. Çünki işıqlar potensial olaraq genişzolaqlı şəbəkəyə müdaxilə edə biləcək elektromaqnit sahələri yaradır.

“İlin bu vaxtı Milad işıqları hər yerdə - Milad ağacının üstündə, evin müxtəlif guşələrində olur. Amma təəssüf ki, olduqca parlaq əşyalar “Wi-Fi”a zərər verə biləcək elektromaqnit şüalanma yayır. Az sayda işıq heç bir təsir göstərməyə bilər, amma evdə yüzlərlə olduqda, onların təsiri arta bilər ki, bu da “Wi-Fi” siqnalına müdaxiləyə və nəticədə əlaqənin kəsilməsinə səbəb ola bilər”, - deyə ekspert qeyd edib.

Mənbə: kpiz.ru

0.071998834609985