Dekabrın 6-da Almaniya Kubokunun 1/8 final mərhələsinin oyunları baş tutub.
Öncəki mərhələdə “Bavariya”nı mübarizədən kənarlaşdıran (2:1) 3-cü liqa təmsilçisi “Saarbrükken” daha bir Bundesliqa kollektivini məğlub edib.
Bu dəfə Frankfurt-Mayn şəhərinin “Ayntraxt” klubu aşağı divizion komandasının “qurbanı” olub - 2:0.
Məğlub tərəf yalnız buraxılan 2 qolun ardından azlıqda qalması isə fərqlənə bilib. 82-ci dəqiqədə “Ayntraxt”lı Noel Futke birbaşa qırmızı vərəqə alıb.