Bundesliqada SENSASİYA: “Bavariya” darmadağın oldu - VİDEO

Almaniya çempionatında 14-cü turun oyunları keçirilir.

hakimiyyet.az xəbər verir ki, Frankfurtdakı “Doyçe Bank Park” arenasında yerli “Ayntraxt” ölkənin ən titullu komandası Münhen “Bavariya”sını qəbul edib.

Qarşılaşma gözlənilməz nəticə ilə başa çatıb. Belə ki, ev sahibləri adlı-sanlı rəqiblərini darmadağın ediblər - 5:1.

Beləliklə də, hazırda “Ayntraxt” 21 xalla çempionatda 7-ci yerdə qərarlaşıb. Rəqibindən bir oyun az (13) keçirən “Bavariya” isə 32 xalla 2-cidir.

 

0.082849025726318