Mövlud Çavuşoğlu: “Heydər Əliyevin əziz xatirəsini əbədi yaşadacağıq” - FOTO

“Türkiyə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini və dövlətlər arasında qardaşlığı “Bir millət, iki dövlət” şüarı ilə əbədi yaşadacaq”.

hakimiyyet.az-ın məlumatına görə, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu özünün “X” hesabında yazıb.

“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümündə onu ehtiram və rəhmətlə yad edirik”, - deyə o əlavə edib.

 

0.10016894340515