Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO

Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“İki ölkənin müdafiə nazirləri Suren Papikyan və Nikos Dendiasın görüşündə Ermənistan-Yunanıstan müdafiə əməkdaşlığı məsələləri müzakirə edilib. Qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib, bu əməkdaşlığın yenilənmiş formatda, o cümlədən hərbi-texniki istiqamət, təcrübə mübadiləsi, təhsil, təlim-tədris, taktiki hazırlıq və digər sahələrdə inkişaf etdirilməsi barədə razılıq əldə olunub”, - deyə məlumatda bildirilib.

Müqavilənin imzalanması barədə Yunanıstan naziri Nikos Dendias da “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, bu sahədə İrəvanla qarşılıqlı fəaliyyət Yunanıstan hökuməti üçün prioritetdir.

 

0.10551500320435