Mingəçevirdə silah-sursat aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının son iki gün ərzində keçirdiyi əməliyyatlar zamanı şəhər ərazisindən iki ədəd qumbara, 90 ədəd avtomat patronu və dörd ov tüfəngi aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə şəhər sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

0.19221210479736