Ərdoğan ABŞ prezidenti ilə telefonda danışıb - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, söhbət zamanı İsrailin Fələstin münaqişəsi, Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.

Danışıqlarda həmçinin Türkiyəyə F-16 qırıcılarının verilməsi məsələsinə də toxunulub.

0.094829082489014