Daha 25 ailə Zabux kəndinə qayıdır

Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

hakimiyyet.az-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (92 nəfər) Zabux kəndinə yola salınıb.

Xatırladaq ki, bu gün köç edənlər də nəzərə alınmaqla ümumilikdə Zabux kəndinə 146 ailə (568 nəfər) köçürülüb.

Aytac Qasımova

0.082774877548218