Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi VAZ-21011 markalı avtomobil ilə piyada 1999-cu il təvəllüdlü Bayram Məhəmməd oğlu Yusifovu vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

0.19579386711121