Hacıqabul-Mincivan yolunda avtomobil dərəyə aşıb, ölən var

Hacıqabul-Mincivan yolunda avtomobil dərəyə aşıb, ölən var.

“Report”un məlumatına görə, bu gün gecə saatlarında Füzuli rayonu, Əhmədbəyli kənd sakini Möhsüm Möhsümzadə idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində idarəetməni itirərək maşını dərəyə aşırıb. Nəticədə sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

0.083834171295166