Türkiyədə 1800 illik cərrahiyyə alətləri tapılıb - FOTO

Türkiyənin Diyarbakır şəhərində YUNESKO-nun Dünya Mədəni İrs Müvəqqəti Siyahısında Roma İmperatorluğunun şərqdəki son qarnizonu olan üç min illik Zerzevan qalası və Mitra ziyarətgahında aparılan qazıntılar zamanı 1800 il əvvələ aid cərrahiyyə alətləri tapılıb.

Araşdırmalara görə, bunlar müharibələrdə və ya hərbi təlimlərdə yaralanan döyüşçülərin müalicəsində istifadə edilən və 1800 yaşı olan alətlərdir.

Qeyd edək ki, ərazidə qazıntı işləri davam edir.

0.079190015792847