Çexiya universitetində atışma: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Praqada atışma nəticəsində ölənlərin sayı 15 nəfəri keçib, azı 24 nəfər yaralanıb.

Bunu Çexiya polisinin rəhbəri Martin Vondraşek CT24 televiziyasına bildirib.

“Biz bilirik ki, bu faciəli hadisə nəticəsində 15-dən çox insan həyatını itirib. Ən azı 24 nəfər yaralanıb”, - deyə o qeyd edib. Praqa səlahiyyətliləri atəş açan şəxsin intihar etdiyini vurğulayıblar.

20:30

Çexiyanın paytaxtı Praqada Karl Universitetində baş verən atışmada 10 nəfər ölüb.

Məlumata görə, insident zamanı azı doqquz nəfər yaralanıb. Bildirilir ki, təhsil müəssisəsindəki insanlar təxliyə edilib və bina tamamilə boşaldılıb.

Mənbə: TASS

19:40

Praqada (Çexiya) ali məktəb binasında atışma baş verib.

İlkin məlumatlara görə, insident Karl Universitetinin fəlsəfə fakültəsində yaşanıb.

Yerli polis məlumat verib ki, atışma nəticəsində bir neçə nəfər ölüb, onlarla insan yaralanıb.

Atəş açan şəxsin zərərsizləşdirildiyi bildirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Mənbə: TASS

0.07775092124939