İranda repressiv qüvvələr sərhəddə bir vətəndaşı ağır şəkildə döyüblər - VİDEO

İran-Türkiyə sərhədinin yerləşdiyi Güney Azərbaycanın Xoy şəhəri yaxınlığındakı Razi sərhəd-keçid məntəqəsində İran hökumətinin repressiv qüvvələri bir vətəndaşı döyüblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata örə, repressiv qüvvələr dekabrın 19-da bir neçə kilo çay daşıdığı üçün günahsız vətəndaşı döyüblər və bıçaqla yaralayıblar. Sərhədçilər Razi şəhər sakini Səlahəddin Yusifinin başına ağır zərbələr endirib və bədəninin müxtəlif yerlərinə bıçaqla xəsarət yetiriblər.

Videodan göründüyü kimi, o, ayaqda dayanmağa belə çətinlik çəkir.  

 

0.11523199081421