Uşaqların bayramını təbrik eləmək istəyi faciə ilə bitdi: Çelyabinskdən qorxunc görüntülər - VİDEO

Rusiyanın Çelyabinsk şəhərində bayram tədbiri zamanı faciə baş verib. Belə ki, Şaxta baba paltarı geyinmiş 25 yaşlı gənc 24-cü mərtəbədən yıxılıb.

Məlumata görə, sənaye alpinisti binanın damından effektiv şəkildə həyətdə toplanan uşaqların qarşısına düşməli idi.

Ehtimal edilir ki, o, kəndirləri qarışdırıb və yuxarı mərtəbədən yaxınlıqdakı yardımçı binanın üzərinə düşüb.

Çelyabinsk prokurorluğu faciə ilə bağlı araşdırmaya başlayıb.

Mənbə: 360tv.ru

0.084195852279663