Abşeron rayon sakini Sumqayıtda itkin düşüb

Abşeron rayon sakini Sumqayıt şəhərində itkin düşüb.

“Report”un yerli bürosu məlumat verir ki, Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Taryel Baba oğlu Məmmədov Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində itkin düşüb.

Faktla bağlı polisə məlumat verilib.

0.079035043716431