İsrail ordusu Livanda “Hizbullah”ın hərbi obyektinə zərbə endirib

İsrail qırıcısı Livanda “Hizbullah” təşkilatının hərbi obyektinə hücum edib.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

“SAXAL-ın qırıcısı Livanda “Hizbullah”ın hərbi obyektinə zərbə endirib. Bundan əlavə, İsrail ordusu Livanda bir neçə bölgədə təhlükənin qarşısını almaq üçün atəş açıb”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, bir müddət əvvəl Livandan İsrailin şimalındakı Avivim, Marqaliot və Ərəb əl-Aramşe bölgələri istiqamətində bir neçə zərbə (raket və mərmi) qeydə alınıb.

 “SAXAL atəş açılan yerə artilleriya və tank atəşi ilə cavab verib”, - deyə hərbçilər əlavə ediblər.

Mənbə: TASS

0.13386011123657