ADY: “Bakı-Pirşağı-Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa olunub” - YENİLƏNİB

Bakı-Pirşağı-Sumqayıt istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Dəmir yolu xətti istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21:00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib.

20:56

Bakı-Pirşağı-Sumqayıt reysinin sərnişinləri əks istiqamətdə hərəkət edən qatarla mənzilbaşına çatdırılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.

Qeyd edək ki, bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat-Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb.

Elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.

20:24

Bu gün saat 18:45-də Bakı Dəmiryolu Vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı elektrik enerjisi kəsintisi səbəbindən yolda qalıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı “Report”a təsdiq edib.

Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.

19:50

Bu gün axşam saatlarında Bakı-Pirşağı-Sumqayıt qatarı gecikib.

Bu barədə hakimiyyet.az-a sərnişinlər məlumat veriblər.

Belə ki, saat 19:09-da Zabrat 2-yə çatmalı olan sərnişin qatarı 19:17-də çatıb.

Gecikmənin qatarda yaranan texniki problemlə əlaqəli olduğu bildirilir.

0.082646131515503