Çində son 72 ilin ən soyuq dekabr ayı yaşanır - FOTO

Çinin paytaxtı Pekində 1951-ci ildən bəri ən soyuq dekabr ayı yaşanır.

Digər tərəfdən, bu il ölkəni təsir altına alan şiddətli soyuqlar Çinin şimalındakı şəhərlərdə istilik sistemlərində problemlər yaradıb.

Ölkənin mərkəzi hissəsində yerləşən Henan əyalətində istilik sistemində nasazlıq baş verib. Henan əyalətinin Jiaozuo şəhərindəki “Wanfang” elektrik stansiyasında yaranan nasazlıqdan sonra isə istilik sistemi tamamilə sıradan çıxıb. Həmçinin Puyanq və Pinqdinqşan administrasiyaları tərəfindən verilən açıqlamada bildirilib ki, xəstəxanalar, məktəblər və yaşayış yerləri kimi mühüm obyektlərə istilik verilməsi üçün dövlət müəssisələrinin istilik sistemində kəsilmələr olacaq.

Mənbə: Haber Global

0.074679136276245