Şirvanda qəza zamanı piyada ölüb

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Piyada xəstəxanaya çatdırılan zaman keçinib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Ölən şəxsin kimliyi və hadisə yerindən yayınan avtomobilin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

0.097993850708008