Türkiyə MN: “Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib” - FOTO

İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödətməyə davam edirik. Əməliyyatlarımız qətiyyətlə davam edir”, - açıqlamada deyilir.

Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı doqquz hərbçi şəhid olub.

 

0.088367938995361